Əvəzedicilər Liqasında 3-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Zirə-2” “Neftçi-2” üzərində inamlı qələbəyə sevinib. “Qarabağ-2” də səfərdə “Sumqayıt-2” ilə oyundan qalib ayrılıb.

Əvəzedicilər Liqası
3-cü tur

6 sentyabr

“Zirə-2” – “Neftçi-2” 2:0
Qollar: Əli Məmmədov, 58. Hüseyn Vəlizadə, 90+1.

“Sumqayıt-2” – “Qarabağ-2” 2:4
Qollar: Nicat Məmmədzadə, 57. Teymur Həsənov, 82-öz qapısına - Hikmət Cəbrayılzadə, 74; 82-pen; 89. Əli Bəşirov, 75.