"Barselona"nın müdafiəçisi yenə burnunu sındırıb
- 15:15
- 29
"Barselona"nın müdafiəçisi Erik Qarsiya La Liqada "Valensiya"ya qarşı 5:0 hesablı qələbə qazandıqları oyunda ikinci dəfə burnunu sındırıb.
Rekord.az xəbər verir ki, oyunun 25-ci dəqiqəsində Rodri cərimə meydançasında qarşılaşma zamanı alnı ilə müdafiəçinin üzünə təsadüfən zərbə endirib.
Oyunçunun burnunda qanaxmaya başlayıb və meydanı tərk etmək məcburiyyətində qalıb. Məşqçilər heyəti onu əvəz edərək, Jül Kundeni meydançaya buraxıblar.
Klub həkimləri tezliklə onun cərrahi əməliyyatının zəruri olub-olmayacağına qərar verəcəklər. Qarsiya 2025-ci ilin noyabrında Çempionlar Liqasında "Brügge"yə qarşı matçda da oxşar zədə alıb, lakin əməliyyata ehtiyac olmayıb.