Azərbaycanın 3 güləşçisi dünya çempion oldu
- 29 Okt 2024 23:38
- 241
Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatı keçirilir.
Rekord.az xəbər verir ki, mundialda bu gün 4 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.
Azərbaycan güləşçilərindən 3-ü finalda, 1-i isə təsəlliverici görüşdə qüvvəsini sınayıb.
Dünya çempionatı
Yunan-Roma güləşi
5️5️ kq
Üçqat dünya çempionumuz Eldəniz Əzizli növbəti titul uğrunda xalçaya çıxıb. O, Azərbaycan tarixinə düşmək üçün iranlı Poya Marza ilə qarşılaşıb. Eldəniz xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.
6️3️ kq
Nihat Məmmədli finalda qazaxıstanlı Yerjet Jarlikassinlə münasibətinə aydınlıq gətirib. Güləşçimiz 6:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
7️2️ kq
Ülvü Qənizadə final görüşünə çıxıb. O, qızıl medallar uğrunda fransalı İbrahim Qanemlə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
8️2️ kq
Qurban Qurbanov təsəlliverici görüşdə özbəkistanlı Jalqasbay Berdimuratovla güləşib. Qurbanov rəqibinə 5:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Medal uğrunda mübarizədə güləşçimiz türkiyəli Ahmet Yılmaza 1:8 hesabı ilə uduzaraq, fəxri kürsüdən kənarda qalıb.