Azərbaycanı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında təmsil edəcək qılıncoynadanlar müəyyənləşib.


Bu barədə Rekord.az-a Azərbaycan Qılıncoynatma Federasiyasından bildirilib.


Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında ümumilikdə 15 idmançı iştirak edəcək.


Sablya

Qadınlar

Şəxsi yarışlar

Palina Kaspiaroviç

Səbinə Kərimova

Komanda yarışları

Palina Kaspiaroviç

Səbinə Kərimova

Zərifə Hüseynova


Kişilər

Şəxsi yarışlar

Maqsud Hüseynli

Saleh Məmmədov


Komanda yarışları

Maqsud Hüseynli

Saleh Məmmədov

Murad Əkbərov


Şpaqa

Qadınlar


Şəxsi yarışlar

Aynur Quliyeva

Nəzrin Mehdiyeva


Komanda yarışları

Aynur Quliyeva

Xədicə Həsənli

Nazilə Rəhimova


Kişilər

Şəxsi yarışlar

Ruslan Həsənov

Vahab Fətullayev


Komanda yarışları

Ruslan Həsənov

Emin Səfərbəyov

Mirxətai Məmmədov


Qeyd edək ki, qılıncoynatma yarışları noyabrın 17-20-si aralığında keçiriləcək.