Azərbaycanda çıxış edən futbolçular Afrika Millətlər Kubokunda oynadılar
- 00:04
- 31
“Sumqayıt"ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D`Almeydanın da üzvü olduğu Benin millisi Afrika Millətlər Kubokunda ilk matçına çıxıb.
Rekord.az xəbər verir ki, B qrupunda mübarizə aparan komanda Konqo ilə üz-üzə gəlib.
1-ci turun görüşü Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Həm Mumini, həm də D`Almeyda bu oyunda iştirak ediblər. Onlar start heyədə meydana çıxıblar. Mumini sonadək oynayıb. D`Almeyda isə 82-ci dəqiqədə əvəzlənib.
Bu gün həm də “Şamaxı”nın legioneri Alfons Msanqa Tanzaniya yığmasının Nigeriyaya qarşı oyununda iştirak edib. O, komandasının 1:2 hesabıyla uduzduğu görüşdə 90 dəqiqə meydanda olub.