
“Azərbaycan xalqını sevindirməyə çalışacağıq” – Leandro Andrade
- 30 Sen 2025 16:00
- 50
"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyunu ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, təcrübəli futbolçu bu gün baş tutmuş mətbuat konfransında bunları söyləyib:
"Kopenhagen"lə matç "Qarabağ" üçün çox vacibdir. Azərbaycan xalqını sevindirməyə çalışacağıq. Yenidən bunu etmək şansımız var. Bizim üçün çox vacib matçdır".
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.