Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri 33 medalla başa vurublar.


Bu barədə Rekord.az-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.


Yığma üzvləri yarışda daha 26 mükafata sahib çıxıblar. Turnirin ilk günündə milli komanda 7 medal qazanıb.


Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub. İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.