DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – Ukrayna oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.


8 sentyabr

 

Azərbaycan milli komandası

10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Liv Bona Dea Arena”)

12:00. Mətbuat konfransı (“Liv Bona Dea Arena”)

 

Ukrayna milli komandası

17:30. Mətbuat konfransı (Tofiq Bəhramov adına Respublika Stadionu)

18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (Tofiq Bəhramov adına Respublika Stadionu)