
Azərbaycan millisinin qapıçısı Kosovo klubunda
- 27 Avq 2025 20:00
- 44
Azərbaycan millisinin qapıçısı Yusif İmanov Kosovo çempionatında çıxış edəcək.
Rekord.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin "Malişeva" klubunun mətbuat xidməti məlumat yayıb.
İmanovun bu klubla anlaşmasının detalları açıqlanmayıb.
22 yaşlı qolkiper son olaraq "Sabah"da çıxış edib.