Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.


Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.


Niderlandlı sağ cinah müdafiəçisi Shaquill Sno ilə 1 illik müqavilə imzalanıb.


29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunda forma geyinib.


"Ayaks"ın yetirməsi "Niderland"da “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv, Rumıniyada “Botosani” və “Mioveni” klublarında da çıxış edib.