Azərbaycan klubları "Zirə" və "Birbaşa Bakı" komandaları minifutbol üzrə Çempionlar Liqasına qələbə ilə başlayıblar. 


Rekord.az xəbər verir ki, C qrupunda yer alan "Zirə" Macarıstanın "Budapeşt" komandasını 2:0 hesabı ilə məğlub edib.


"Birbaşa Bakı" isə F qrupunda Rumıniya təmsilçisi "Rımniku Vılça" üzərində qələbə qazanıb - 4:1.


Çempionlar Liqasının oyunları Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunur.