Karate üzrə milli komandanın 19 üzvü İtaliyanın Yezolo şəhərində beynəlxalq turnirdə iştirak edəcək.

Rekord.az xəbər verir ki, böyüklər və 21 yaşadək gənclər arasında keçiriləcək XXX “Venice Cup” turnirində millimizin iki üzvü iştirak edəcək.

Yarışda 42 ölkədən 1011 karateçi və para-karateçi döyüşəcək.

Dekabrın 9-11-də Yezoloda “Karate1 Youth League” turnirində isə yığmamızın 17 karateçisi 14-15 yaşlı yeniyetmələr, 16-17 yaşlı gənclər arasında yarışda mübarizə aparacaqlar.

İdmançıları 16-17 yaşlı gənclərin böyük məşqçisi, Əməkdar məşqçi Seymur Xudaverdiyev müşayiət edəcək. 

Beynəlxalq hakimlər Cahangir Babayev və Anar Allahverdiyev “Karate1 Youth League” turnirinin referiləri arasında olacaq.

Nüfuzlu yarışa 58 ölkədən 2660 idmançı qatılacaq.