Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycanın yunan-roma və qadın güləşçilərinin rəqibləri bəlli olub.

Rekord.az Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, mayın 9-u Türkiyənin İstanbul şəhərində keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışın püşkatma mərasimi bu gün keçirilib.

Yarış mayın 12-dək davam edəcək.

Yunan-Roma güləşi

60 kq
Təsnifat mərhələsi
Murad Məmmədov – Aleksandrs Yurkyans (Latviya)

87 kq
Təsnifat mərhələsi
Rafiq Hüseynov – İlyas Paqkalidis (Yunanıstan)

97 kq
Təsnifat mərhələsi
Murad Əhmədiyev – Riçard Karelson (Estoniya)

130 kq
Təsnifat mərhələsi
Sabah Şəriəti – Nikolaos Ntunyas (Yunanıstan)

Qadın güləşi

50 kq
1/8 final
Mariya Stadnik – Menq Hsieh (Çin Taypeyi) / Aintzane Qoni (İspaniya)

53 kq
Təsnifat mərhələsi
Gültəkin Şirinova – Laura Avila (Kuba)

57 kq
Təsnifat mərhələsi
Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq
Təsnifat mərhələsi
Ruzanna Məmmədova – Anastasiya Qriqoryeva (Latviya)

68 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikol Parrado (Kolumbiya)