Azərbaycanın idman gimnastları Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinin ilk iki günündə 5 medal qazanıblar.


Rekord.az xəbər verir ki, bu gün Rəsul Əhmədzadə çoxnövçülük proqramında qızıl medala sahib çıxıb.


Qızların yarışında isə Xədicə Abbaszadə eyni proqramda üçüncü yeri tutub.


Yarışın ilk günündə Leyla Məmmədzadə bürünc medal qazanıb. Həmçinin Azərbaycanın gənc qadınlardan və kişilərdən ibarət komandaları da eyni mükafata sahib çıxıb.


Milli Gimnastika Arenasında təşkil olunan, 5 ölkədən 50-yə yaxın gimnastın mübarizə apardığı "AGF Trophy" beynəlxalq turnirində Azərbaycanı 16 idmançı təmsil edir. Yarış sabah başa çatacaq.