Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən dünya kubokunun qalibi olub.


Rekord.az xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət "üçlük" bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.


Adıçəkilənlər həmçinin "AGF Trophy" kubokunun qalibi olublar.


İyunun 5-7-də keçirilən Dünya Kuboku Milli Gimnastika Arenasında təşkil olunub.