Azərbaycanın cüdo üzrə milli komandası Qazaxıstanın Almatı vilayətində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edir.


Rekord.az xəbər verir ki, avqustun 5-də Olimpiya Hazırlığı Bazasında başlayan hazırlıq prosesinə dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçu qatılıb.


Azərbaycan yığmasının üzvləri toplanış çərçivəsində fiziki və texniki hazırlıqlarını təkmilləşdirir, həmçinin müxtəlif ölkələrin cüdoçuları ilə randori məşqlərində iştirak edirlər.


Təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.