"Şəmkir"də yeni təyinat
- 22:00
- 37
Azərbaycan 2-ci liqa təmsilçisi "Şəmkir" klubunun yeni vitse-prezidenti bəlli olub.
Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Əli Qədimov "Şəmkir" PFK-nın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Əli Qədimov əvvəlki mövsümdə də klubun strukturunda fəaliyyət göstərib və İctimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsini icra edib.
Xatırladaq ki, "Şəmkir" 2-ci Liqada 2025/26 mövsümünü 6-cı pillədə başa vurub.