İngiltərənin "Nyukasl" klubunun yarımmüdafiəçisi Brunu Gimaraynş karyerasını "Arsenal"da davam etdirəcək.


Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Braziliya millisinin 28 yaşlı üzvü "topçular"la 2030-cu ilin yayına qədər müqavilə imzalayıb. Sözləşmədə müddətin artırılmasına aid bənd yer alıb. Futbolçu yeni komandasında 39 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, bu keçid "Arsenal"a 87 milyon avroya başa gəlib.