Paytaxt klubunda yeni müqavilə
- 19:00
- 40
İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Lorenzo Pelleqrini ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə yeni müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Razılaşmada sözləşmənin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. Pelleqrininin illik maaşı 2,5 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Pelleqrini "Roma"nın yetirməsidir. O, 2015/2016 və 2016/2017 mövsümlərində "Sassuolo"da çıxış edib, qalan karyerasını isə paytaxt klubunda keçirib.
Yarımmüdafiəçi "Roma" ilə 2021/2022 mövsümündə Konfrans Liqasının qalibi olub. Komanda növbəti mövsüm Avropa Liqasının finalına qədər yüksəlib.