Madrid "Atletiko"sunun və Argentina millisinin yarımmüdafiəçisi Tyaqo Almada klubunu dəyişib.


Rekord.az xəbər verir ki, o vətənində, "River Pleyt"də çıxış edəcək.


Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.


Tyaqo Almada ötən mövsüm İspaniya çempionatında 27 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.