“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, Tovuz təmsilçisi milli komandamızın da üzvü olan Rahid Məmmədovu heyətinə qatıb.


Tərəflər arasında 1+1 illik müqavilə bağlanıb. 


Son olaraq “Araz-Naxçıvan”ın formasını geyinən müdafiəçi karyerası ərzində  “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomyak” klublarında çıxış edib.