“Sabah”ın futbolçuları UEFA Çempionlar Liqasının təsnifat mərhələsində fərdi göstəricilərə görə liderlər sırasında yer alıblar.


Rekord.az xəbər verir ki, serbiyalı hücumçu Velko Simiç 4 qolla turnirin bombardirləri siyahısında 1-ci pilləni bölüşür.


Komandanın polşalı müdafiəçisi Timoteuş Puxaç isə 3 məhsuldar ötürmə ilə assistlər siyahısında liderlərdən biridir.


Simiç 4 qolla “Çelye”nin (Bosniya və Herseqoviba) futbolçusu Mario Kveşiçlə birlikdə ilk pillədə qərarlaşıb. Puxaç isə 3 assistlə Everton Bala (“Levski”, Bolqarıstan), Yosip Mişiç (“Dinamo” Zaqreb, Xorvatiya) və Serjinyo (“Levski”, Bolqarıstan) ilə birgə liderliyi bölüşür.