Yunuszadə debüt etdi, komandası uduzdu
- 11:20
- 33
Türkiyə birinci liqasında 2026/27 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, çempionatın açılış matçında Elvin Yunuszadənin bir neçə gün əvvəl transfer olunduğu “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.
Elvin Yunuszadə də bu matçın iştirakçısı olub. O, meydan start heyətində çıxmaqla “Boluspor”da rəsmi debüt edib. Təcrübəli müdafiəçi 58-ci dəqiqədə əvəzlənib.