"Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqo zədə səbəbindən bir neçə həftə komandasına kömək edə bilməyəcək.


Rekord.az xəbər verir ki, Almaniya millisinin üzvü məşq zamanı sağ çiynindən zədə alıb.


Klubun məlumatına görə, 19 yaşlı futbolçunun müalicəsi əməliyyatsız aparılacaq.


Uedraoqo zədələndiyi məşqdə ağrıdan çətinlik çəkib və bir neçə dəfə çiynini tutub.


Bu, gənc futbolçunun son dövrdə yaşadığı növbəti zədə problemidir. O, ilin əvvəlində sol dizindəki vətər zədəsinə görə bir neçə ay yaşıl meydanlardan uzaq qalıb.