“Araz-Naxçıvan”ın sabiq hücumçusu Ramon Maçadonun yeni klubu bəlli olub.


Rekord.az xəbər verir ki, braziliyalı futbolçu Malayziyada çıxış edəcək.


O, bu ölkənin “Star Siti” klubu ilə 1 illik müqavilə imzalayıb. Xəbəri yüksək liqa təmsilçisinin rəsmi saytı yayıb.


Qeyd edək ki, Ramon Maçado Azərbaycanda "Neftçi" və "Qəbələ"də də çıxış edib.