Nuriyev oynadı, komandası uduzdu
- 08 Avq 2026 23:00
- 37
Macarıstan çempionatında 3-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” komandası öz meydanında "Uypeşt" klubunu qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb – 4:2.
Nuriyev matçın ehtiyat oyunçular skamyasında yer alıb və 77-ci dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra "Uypeşt" 6 xalla ilk pillədə, "Kişvarda" isə 4 xalla 6-cı pillədə yer alıb.