
Azərbaycan çempionundan ÇL-də növbəti darmadağın
- 21:38
- 45
“Araz-Naxçıvan” futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə Şotlandiya çempionu ilə üz-üzə gəlib.
Baş məşqçi Yevgeni Kukseviç bu dəfə fərqli “5-lik”də mübraizəyə start verib. Düzdür, 1-ci dəqiqə tamam olmamış rəqib hesabı açıb. Amma fasiləyə qədər komandamız 6 dəfə onları meydanın mərkəzinə dəvət edib. Fasilədən sonra tam üstünlüyə sahib olan komandamız hesab arasındakı fərqi qorumaqla növbəti böyükhesablı qələbəsini qazandı. Təmsilçimiz qrupda son oyununu “Ljuti Krajişniçi”yə qarşı keçirəcək. Avstriya çempionu ilə görüş avqustun 30-da, saat 21:30-da başlayacaq.
Saltires – Araz-Naxçıvan 2:7
Qollar: Qavin Ritchie, 0:56, Paul Simpson, 30:01 - Jean Perruzo, 5:44, 10:44, Alleks Rezende, 11:12, 27:26, Karlos Bertuola, 13:19, Luicci Longo, 17:11, 19:23.