Azərbaycan boksçularından beynəlxalq turnirdə 13 medal
- 18:00
- 29
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında keçirilən Millətlər Kuboku başa çatıb.
Rekord.az xəbər verir ki, 8 ölkənin qatıldığı beynəlxalq turnirə 13 idmançı ilə yollanan Azərbaycan millisinin hər bir üzvü medal qazanıb.
Vaqif Kazımovun baş məşqçisi olduğu U-17 komandamızın heyətində Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Aydın Şahbazov (46 kq), Nihat Məmmədli (48 kq), Əli Camalzadə (57 kq), Şükar Əliyev (80 kq) gümüş, Həsrət Məmmədov (46 kq) və Elcan Musazadə (54 kq) bürünc medala sahib olublar.
7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov ən yaxşı hakimi seçilib.