Boks üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisi Şamaxıda təlim-məşq toplanışına başlayıb.


Bu barədə Rekord.az-a Azərbaycan Boks Federasiyasından bildirilib.


Məşqçilər korpusu hazırlıq prosesinə U-17 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərən boksçuları cəlb edib. 22 idmançının yer aldığı məşqlərdə əsas diqqət taktiki hazırlığa yönələcək.


Qeyd edək ki, Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanış avqustun 17-də yekunlaşacaq.