Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
- 15:40
- 32
Azərbaycan təmsilçiləri Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turnirini dörd medalla başa vurublar.
Rekord.az xəbər verir ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçulardan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.