“Azərbaycan basketbolu düzgün yoldadır”
- 29 Okt 2025 23:00
- 34
“Azərbaycan basketbolu düzgün yoldadır”.
Rekord.az xəbər verir ki, bunu "Neftçi" basketbol klubunun baş məşqçisi Vitali Stepanovski mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis "Abşeron Lions"a qalib gəldikləri FIBA Avropa Kubokunun əsas mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Müdafiədən çıxış edərək, oyunda tempi aşağı salmağa çalışırdıq. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Camal Bey, Stefan Keniç zədədən yeni qayıtmışdılar və matçı yaxşı səviyyədə keçirdilər. İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradaqn qaldırdıq. Azərbaycan klublarının FIBA Avropa Kuboku turnirində təmsil olunması çox vacibdir. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır".
“Abşeron Lions" - "Neftçi" matçı "ağ-qaralar"ın 104:86 hesablı qələbəsi ilə bitib.