"Şaxtyor" yeni transferini açıqlayıb.

Rekord.az xəbər verir ki, Donetsk təmsilçisi "Ayaks"ın hücumçusu Lassina Traoreni transfer edib.

Bu keçid üçün Amsterdam klubuna 10 milyon avro təzminat ödənilib. Burkina-Faso millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

20 yaşlı futbolçu ötən mövsüm əsas komandada keçirdiyi 18 oyunda 7 qol vurub, 8 məhsuldar ötürmə edib.