Azərbaycan millisinin üzvü Nəriman Axundzadə ABŞ-nin "Kolumbus Kru" komandasının heyətində növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, 22 yaşlı hücumçu ölkə kubokunun 1/8 finalında, "One Knoxville" ilə matçda meydanda olub.


Qarşılaşmaya start heyətində başlayan forvard sonadək əvəzlənməyib. Görüş "Kolumbus Kru"nun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xatırladaq ki, Nəriman Axundzadə fevralda MLS təmsilçisi ilə anlaşıb.