AVF-nin əməkdaşları CEV komissiyalarına üzv seçiliblər
- 10 Okt 2024 10:26
- 302
Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə heyətinin ilk iclası keçirilib. "Rekord.az" xəbər verir ki, videotoplantı şəklində keçən tədbirdə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov da iştirak edib.
İclasda 2024-2028-ci illərdə fəaliyyət göstərəcək CEV komissiyalarının tərkibi müəyyənləşib. AVF-nin 3 namizədi - federasiyanın həkimi Vüsalə Kazımova Avropa Tibb Komissiyasına, İdarə heyətinin üzvü Elqar Bağırov Avropa Çimərlik Voleybolu Komissiyasına, Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli isə Maliyyə Komissiyasına üzv seçiliblər.
Həmçinin toplantıda Zonal Assosiasiyaların inkişafı və əməkdaşlıqların gücləndirilməsi üzrə CEV-in işçi qrupu da müəyyən olunub. Seçilənlər sırasında AVF prezidentinin müşaviri, CEV İdarə Heyətinin üzvü Cəlil Cəfərov da yer alır.