
“Atletiko”dan Braziliya klubuna
- 30 İyl 2025 14:30
- 48
İspaniyanın "Atletiko" klubu yarımmüdafiəçisi Samuel Linonu Braziliya təmsilçisi "Flamenqo"ya satıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı braziliyalı futbolçu ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
Lino 2024/2025 mövsümündə meydana çıxdığı 47 matçda 4 qola, 8 məhsuldar ötürməyə imza atıb. Onun Madrid təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.