Artetanın oğlu “Arsenal”da debüt etdi
- 16:30
- 35
"Arsenal"ın baş məşqçisi Mikel Artetanın böyük oğlu Qabriel Arteta "topçular"ın U-18 komandasında debüt edib.
Rekord.az xəbər verir ki, 16 yaşlı Qabriel fevral ayında "İpsviç"lə yoldaşlıq oyunu üçün "Arsenal"ın 18 yaşadək futbolçulardan ibarət heyətinə qatılmışdı.
Ötən gün isə o, U-18 komandasında debüt edib. Qabriel "Blekbern"lə matçın 70-ci dəqiqədə meydana çıxıb. Görüşdə "Arsenal" qələbə qazanıb.
Qabriel mərkəz yarımmüdafiəçisi mövqeyində oynamış atasından fərqli olaraq, cinah yarımmüdafiəçisi kimi fəaliyyət göstərir.