
“Arsenal”dan Saliba ilə yeni müqavilə
- 30 Sen 2025 17:00
- 49
"Arsenal"da yeni müqavilə qeydə alınıb.
Rekord.az xəbər verir ki, İngiltərə klubu Uilyam Salibanın sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Fransa millisinin üzvünün yeni müqaviləsi 2030-cu ilin iyununa kimi nəzərdə tutulub.
24 yaşlı mərkəz müdafiəçisi bu mövsüm London klubunda 6 rəsmi matça çıxıb və 1 qol ötürməsi edib.