
Argentina klubu Musleranın transfer etdi
- 24 İyn 2025 21:15
- 39
Argentina təmsilçisi "Estudiantes" Türkiyənin "Qalatasaray" komandasından ayrılan qapıçı Fernando Musleranı transfer etdiyini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə cənubi amerikalıların mətbuat xidməti məlumat yayıb.
39 yaşlı qolkiper 2025/2026 mövsümündə "Estudiantes"in şərəfini qoruyacaq.
Muslera 2011-ci ildən 2025-ci ilə qədər "Qalatasaray"da çıxış edib. O, 14 mövsüm ərzində ümumilikdə 550 matçda forma geyinib. Muslera "sarı-qırmızılar"la 8 dəfə Superliqanın, 5 dəfə Türkiyə Kubokunun, 6 dəfə Superkubokun qalibi olub.