
“Araz-Naxçıvan”la oyun futbolçularımız üçün utanc verici idi”
- 02:33
- 72
"Aris"in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesabıyla yekunlaşmış matçdan sonra mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını söyləyib:
"Bu mənzərə stadiona gələnlər üçün utan verici idi. Lakin tək azarkeşlər yox, futbolçularımız üçün də utanc verici gecə idi. Qarşılaşmanın əvvəlində buraxdığımız səhvlərin bədəlini ağır ödədik. Rəqibin qırmızı vərəqə alması işimizi asanlaşdırdı. Lakin ikinci qolu çox gec vurduq. Mövsüm boyu avrokuboklar üçün hazırlaşırsan, təəssüf ki, sonluq bəzən belə ola bilir. Məğlubiyyətin məsuliyyətini öz boynuma götürürəm. Təxminən iki həftəyə qurulan heyətimiz var. Nə olursa olsun, başımızı dik tutmalıyıq".
O, oyun zamanı VAR tədbiqinin olmamasından şikayətlənib:
"VAR tədbiq edilən zaman vəziyyət fərqli olur. Başqa bir epizodda "Araz-Naxçıvan"ın futbolçusuna növbəti qırmızı vərəqə verilə bilərdi. Bəlkə, VAR olsaydı, penalti epizodu ləğv edilərdi. Bu məğlubiyyət futbolçularımıza təcrübə qazandıracaq".
Qeyd edək ki, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan "Aris" - "Araz-Naxçıvan matçı 2:2 hesablı bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi 3-cü təsnifat mərhələsinə yüksəlib.