Elmar Baxşıyevlə yolları ayıran "Araz Naxçıvan"ın baş məşqçisi postu hələ də boşdur.

Lakin Rekord.az-a daxil olan məlumata görə, bu boşluq uzun sürməyəcək.

Hazırda biri yerli, ikisi isə əcnəbi olmaqla üç məşqçi arasında seçim aparılır. İlin sonuna kimi son qərar veriləcək. Yanvarın 2-də isə yeni baş məşqçinin adı rəsmən  ictimaiyyətə açıqlanacaq.