
“Araz-Naxçıvan”ın ÇL oyunlarını idarə edəcək hakimlər açıqlandı
- 14:00
- 37
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan"ın yer aldığı 7-ci qrupun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.
Rekord.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunlarda FİFA referiləri Viktor Şix (Fransa), Vasilika Kiuplea (Uels), Aslan Qalayev (Qazaxıstan) və İrmantas Kaprasovas (Litva) ədaləti qoruyacaq.
Miodraq Raduloviç (Monteneqro) UEFA nümayəndəsi, Nebojsa Paniç (Serbiya) və Sebastian Staviçki (Polşa) hakim-inspektor kimi fəaliyyət göstərəcək.
UEFA Çempionlar Liqası
7-ci qrup
29 oktyabr
22:00. "Araz-Naxçıvan" – "Yunayted Qalati" (Rumıniya)
Sala Sporturilor Dunarea.
30 oktyabr
19:00. "Araz-Naxçıvan" – "Differdanje 03" (Lüksemburq)
Sala Sporturilor Dunarea.
1 noyabr
18:00. Tigers Roermond (Niderland) – Araz-Naxçıvan
Sala Sporturilor Dunarea.