“Araz-Naxçıvan” təxirə salınmış matçdan qalib ayrıldı
- 17:00
- 38
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 9-cu turdan təxirə salınmış "Araz-Naxçıvan" - U-19 matçı keçirilib.
Rekord.az xəbər verir ki, "Olimpik Star"da baş tutan görüş Naxçıvan təmsilçisinin 12:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra son ölkə çempionu qış fasiləsinə 25 xalla turnir cədvəlinin zirvəsində yollanıb. U-19 isə 6 xalla beşincidir.
Futzal üzrə Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə 2026-cı il yanvarın 19-da start veriləcək.