“Araz-Naxçıvan” Qarayevlə müqaviləyə xitam verdi
- 16:00
- 45
“Araz-Naxçıvan” yarımmüdafiəçisi Qara Qarayevlə yollarını ayırıb.
Rekord.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Təcrübəli futbolçu klub rəhbərliyi ilə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib. Futbolçunun müraciətini nəzərə alan klub rəhbərliyi ona xidmətlərinə görə təşəkkür edib və onunla mövsümün sonuna qədər nəzərdə tutulmuş müaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Qara Qarayev ötən ilin oktyabrından “qırmızı-ağlar”ın heyətində çıxış edirdi.