
“Araz-Naxçıvan” növbəti mərhələdə!
- 00:15
- 78
“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində bu gün cavab matçını keçirib.
Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi səfərdə Yunanıstanın “Aris” komandası ilə görüşüb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda ilk oyunda 2:1 hesablı qələbəyə sevinmişdi. Cavab matçında məhsuldar heç-heçə qeydə alınıb. Bu nəticə Azərbaycan təmsilçisini növbəti mərhələyə daşıyıb.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Omoniya” (Kipr) – “Torpedo” (Gürcüstan) matçının qalibi ilə üz-üzə gələcəkdi. Sözügedən cütün qalibi də "Omoniya" olub. Bir sözlə, Naxçıvan klubu 3-cü raundda Kipr təmsilçisi ilə qarşılaşacaq.
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
31 iyul
Aris – Araz-Naxçıvan 2:2
Qollar: Fabiano, 62. Monçu, 90 - Çarlz Boli, 11. Felipe Santos, 38-pen.
Qırmızı vərəqə: İqor Ribeyro, 52.
Baş hakim: Devid Dikinson (Şotlandiya)
Saloniki, “Kleantis Vikelidis” stadionu
İlk oyun – 1:2.
Aris: 21. Lovro Maykiç, 4. Fabiano (k), 8. Monçu (k), 10. Uroş Raçiç, 18. Olimpiu Morutan, 24. Pedro Alvaro, 27. Noa Fadiqa, 28. Dudu, 37. Hamza Mendil, 70. Yannis Yanniotas, 80. Loren Moron.
Ehtiyat oyunçular: 33. Georgis Atanasiadis, 91. Emilyano Karaj, 9 Tino Kadevere, 14. Yakub Brabeç, 15. Alvaro Texero, 17. Martin Fridek, 41. Kostas Xarupas, 77. Mixail Panagidis, 97. Fredrik Yensen, 99. Kleyton Diandi.
Baş məşqçi: Marinos Uzunidis.
Araz-Naxçıvan: 12. Kristian Avram, 3. Bəxtiyar Həsənəlizadə, 4. İqor Ribetro, 6. Patrik Andrade, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala, 19. Bar Kohen, 29. Vanderson Melo, 34. Ürfan Abbasov (k), 70. Çarlz Boli, 77. Bruno Aleksander.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 7. Hamidu Keyta, 14. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 17. İssuf Paro, 22. Elçin Mustafayev, 23. Nuno Rodriqes, 26. Ömər Buludov.
Baş məşqçi: Elmar Baxşıyev.