Alik Yunusov idman ustası adına layiq görülüb
- 21 Sen 2025 17:52
- 193
Azərbaycanlı futbol hakimi Alik Yunusov Gənclər və İdman nazirliyi tərəfindən təlitf edilib. "Rekord.az" xəbər verir ki, o, idman ustası adına layiq görülüb.
Yunusov futbolçu vaxtlarında bir çox klubumuzun şərəfini qoruyub, MOİK-in heyətində isə I Liqanın qalibi olub. Alik hazırda ədalət təmsilçisi kimi fəaliyyət göstərir və milli dərəcəli futbol hakimidir.