Ötən ilin yanvarında "Qarabağ"la 3 illik müqavilə bağlayan Aleksey İsayevlə müqaviləyə dünən müqaviləyə xitam verildi və "Sabah"a geri döndü.

Rekord.az-a daxil olan məlumata görə, əslində bu keçid 1 ay öncə baş verməli imiş.

Çünk hələ mövsümün əvvəlindən rusiyalı futbolçunun "Qarabağ"dan ayrılacağı məlum idi. "Sabah" da bu mənada 1 ay olar ki, onunla bağlı danışıqlara başlayıb. Həqiqətən də məslə 1 aydır müzakirə olunur, yoxsa hər şey ani alındı, bununla bağlı sualımıza "Sabah"ın mətbuat katibi Elnur Həmidov bu cür cavab verdi: "Aleksey İsayevin "Sabah"da uğurlu karyerası olub. Klub onun potensialına kifayət qədər bələddi. Onu yenidən kluba qaytarmaq imkanı yaranmışdı. Bir müddət idi onun keçidi ilə bağlı danışıqlar gedirdi. Danışıqlar ötən gün yekunlaşdı və futbolçunun keçidi transfer pəncərəsi bağlanmamış  həll edilib. İnanırıq ki, onun "Sabah"a qayıdışı da uğurlu olacaq"