Ağayevdən bürünc medal, Xəlilova xüsusi mükafat
- 22:30
- 31
Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında azərbaycanlı taekvondoçu Cavad Ağayev bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, idmançımız medala gedən yolda San Marino, Almaniya və Çexiya təmsilçiləri üzərində qələbə qazanıb.
Yeri gəlmişkən, Avropa Taekvondo Birliyinin (European Taekwondo Union) 50 illik yubileyi münasibətilə Avropanı təmsil edən 8 Paralimpiya və Olimpiya çempionuna xüsusi mükafat təqdim olunub.
Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatı çərçivəsində baş tutan mükafatlandırma mərasimində Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı İmaməddin Xəlilov da xüsusi mükafata layiq görülüb.