2021-ci ildə keçirilməsi nəzərdə tutulan Afrika Millətlər Kuboku turniri təxirə salınıb.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının yaxın zamanda rəsmi açıqlama verəcəyi bildirilir.

2021-ci ilin yanvarında Kamerunda keçirilməli olan Afrika Millətlər Kuboku 2022-ci ilin yanvarında təşkil olunacaq.

Ötən il Misirdə keçirilən Afrika Millətlər Kubokunun qalibi Əlcəzair yığması olub.