AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.


Rekord.az milli assosiasiyanın saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin I turunda keçiriləcək "Slaviya" (Çexiya) – "Budyo-Qlimt" (Norveç) oyununun UEFA nümayəndəsi olacaq.


Qeyd edək ki, qarşılaşma sentyabrın 17-də, Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.