Futbol üzrə Türkiyə 1-ci liqasında 30-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ümraniyəspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

30 oyundan sonra hesabında 35 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.